Bu tarixlərdə güclü maqnit qasırğası GÖZLƏNİLİR

Hazırda oxunan: Bu tarixlərdə güclü maqnit qasırğası GÖZLƏNİLİR

594919

Fevralın 7-8-də geomaqnit şəraiti ümumilikdə sakit olacaq, lakin yenə də qısamüddətli maqnit qasırğası gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidmətindən məlumat verilib.
 

Alimlərin məlumatına görə, hazırda koronal dəlikdən (tac dəliyi) gələn güclü axının təsiri səbəbindən günəş küləyinin sürəti artıb. Növbəti bir neçə gün ərzində küləyin sürətinin azalacağı gözlənilir.


Ümumilikdə, kosmik hava sinoptiklərinin bildirdiyinə görə, yaxın bir neçə gün ərzində geomaqnit aktivliyi sakit olmalıdır, lakin koronal dəlikdən gələn qalıq təsirlərə görə fasiləli aktiv dövrlər ehtimalı var.

Bundan əlavə, fevralın 8-də G1 səviyyəli maqnit qasırğası ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin