ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

Hazırda oxunan: ANS-in "Böyük Seva"sı ağır əməliyyat olundu

594914

Uzun illər ANS televiziyasında işləyən, televiziya bağlanandan sonra da Vahid Mustafayevin şirkətində onunla birgə çalşan Sevda Həsənova ötən gün Bakı Neyrocərrahiyyə Mərkəzində beynindən əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, hamının "Böyük Seva "kimi tanıdığı Sevdanın əməliyyatı başa çatandan sonra ANS televiziyasının prezidenti həmkarlarımıza onun səhhəti və son durumu haqda məlumat verib.

Həmkarımız Aida Əliyeva keçmiş ANS-çilərə Vahid Mustafayevin xəstəxanada dediyi sözləri çatdırıb:

"Hörmətli dostlar! Sevda xanımın əməliyyatı uğurla başa çatıb və hazırda reanimasiyadadır. Beynində olan şişin 90 faizini Ələsgər Həsrətov, görkəmli neyrocərrah, 9 saatlıq əməliyyat nəticəsində depulpasiya edə bildi. Hətta şişin daşlaşmış hissəsini xüsusi avadanlıq vasitəs ilə dağıdaraq çıxardılar.
 

Cərrahın dediyinə görə, əməliyyat vaxtı sinir monitorinqi heç bir sinirin zədələnməsini müşahidə etməyib və anatomik səviyyədə də zədələnmələr olmayıb. Lakin bütün bunların təsdiqi yalnız Sevanın reanimasiyada özünə gəlməsindən sonra aydın olacaq.


Artıq Sevda reanimasiyadadır və biz burada onun ayılmasını gözləyirik. Allah ona şəfa versin və bizim hamımızı onun səhhətinin düzəlməsi münasibəti ilə mükafatlandırsın! Dualarımız davam edir. Sizin dualarınızın bu işdə çox böyük faydası oldu. Hamıya təşəkkür edirəm!" , deyə o qeyd edib. Sevda Həsənova narkozdan ayılıb və hazırda reanimasiyadadır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin