Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Hazırda oxunan: Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

594889

Bir vaxtlar piyada keçidi yerləşən yerdə restoran üçün əlavə, yəni artırma tikili inşa edilib... Ortada qalan və piyadaların keçib gedə biləcəkləri hissəyə isə bilərəkdən mişar daşı düzülür ki, vətəndaşlar yolu oradan yox, başqa ərazidən keçib getsinlər...

Bizim.Media xəbər verir ki, görüntüləri "Xəzər Xəbər"in vatsap qaynar xəttinə çəkib göndərən vətəndaş deyir ki, "Öz kardeşlər" restoranı piyada keçidinin bir hisəsini zəbt edib, qalan ensiz hissədə isə işıqfor yerləşir.

Ərazidə 3 orta məktəb yerləşdiyindən, xüsusilə dərsə gələn və gedən məktəblilər bu yolda hər gün təhlükə yaşayırlar.

Sakinlər deyirlər ki, paytaxtın Səttar Bəhlulzadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən iaşə obyekti əvvəl keçid üçün az da olsa, yer saxlamışdı. Lakin bir müddətdir həmin yolu da keçmək olmur.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin