20-dən çox müxtəlif dövlət qurumunun rəhbərlərindən hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Dəryaz "qəzetinin təsisçisi olduğu "deryaz.az "saytının baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən 5 il 6 ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Habil Tağıyev 2024-cü ilin sentyabrında vətəndaşların şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Barəsində cinayət məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:42 / 06.02.2026
Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU
Hazırda oxunan: Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU
Hazırda oxunan: Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU
594859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































