Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Alı Mustafayev küçəsi,"20 Yanvar" dairəsi istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar"
stansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Bizim.Media























































































