Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

Hazırda oxunan: Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

594851

Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar.

Adətən, “tanış usta” ilə müqavilə bağlanmır, bütün proses şifahi şəkildə həyata keçirilir.

Lakin son günlər mənzil tikdirənlər iddia edirlər ki, onlardan usta ilə məcburi qaydada müqavilə bağlanması tələb olunur.

Bəziləri hesab edir ki, müqavilə və bunun notarial qaydada təsdiqinin tələbi qeyri-formal əməklə məşğul olanların dəqiqləşdirilməsi və onların gəlirlərini müəyyən etməklə bağlıdır.

Bu barədə Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, dünyada bütün xidmətlər müqavilə əsasında olur:

“Dünyada bütün bu tip xidmətlər sadə danışıq üzərində yox, müqavilə əsasında baş tutur. Biz isə ustalara nağd şəkildə pul verməyi adət etmişik. Xırda işlər, saç kəsmək, bərbərlik, dərzi xidməti və digər buna oxşar işlər üçün müqavilə tələb olunmasa da, dəyəri böyük olan işlərdə müqavilə mütləqdir”.

Günay Şahmar, Bizim.Medi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin