Azərbaycanda kimlər silah əldə edə bilər? – HÜQUQİ İZAH

Hazırda oxunan: Azərbaycanda kimlər silah əldə edə bilər? – HÜQUQİ İZAH

594813

Bu gün “İdrak” liseyində şagird tərəfindən törədilmiş silahlı insident cəmiyyətdə narahatlıq doğurub, nəzarət və təhlükəsizlik mexanizmlərinin aktuallığını bir daha gündəmə gətirdi. Bu cür hadisələr yalnız təhsil mühitində deyil, ümumilikdə cəmiyyətdə təhlükəsizliyin necə təmin olunması sualını ön plana çıxarır.

Azərbaycanda silah almaq və evdə saxlamaq hüququ kimlərə verilib?

Azərbaycan qanunvericiliyinin Xidməti və mülki silah haqqında qanunun 9-cu maddəsinə görə, evdə silah saxlamaq hüququ birbaşa bütün vətəndaşlara avtomatik tətbiq olunmur. Müəyyən tələblər və icazə proseduru mövcuddur:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO


Qanuna edilən son dəyişikliklə odlu silahı əldə etmək üçün minimum yaş 21-dir. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən dövlət rüsumu tutulur.

İdman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir.

Vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır.

Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayan müddətdə istifadəsində yivsiz ov silahı olsun.

Bundan başqa, mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazə almadan soyuq ov silahını əldə edə bilər. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının saxlanılması və gəzdirilməsi üçün icazəsi olması sayılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin