İstifadə etdiyiniz yastıq sizi kor edə bilər

Hazırda oxunan: İstifadə etdiyiniz yastıq sizi kor edə bilər

594802

“İstifadə etdiyiniz yastıq sizi kor edə bilər”.

Bizim.Media xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, düzgün seçilməyən yastıq göz sağlamlığı üçün ciddi risk yarada bilər.
 

Xüsusilə hündür yastıqda yatmaq göz içi təzyiqinin artmasına səbəb olur. Bu da uzun müddət davam etdikdə görmə itkisi riskini artırır.


Çində aparılan tibb araşdırması da bu mövzunu təsdiqləyir. 144 xəstə üzərində aparılan tədqiqatda məlum olub ki, yüksək yastıqda yatanlarda göz xəstəlikləri daha çoxdur. Hətta başın yalnız bir az yüksək vəziyyətdə olması belə göz içi mayesini pozur və təzyiqi artırır.

Mütəxəssislər tövsiyə edir ki:

- Yastıq nə çox hündür, nə də çox alçaq olsun

- Boyun və onurğanı düz vəziyyətdə saxlasın

- Uzunmüddətli göz problemi olan şəxslər yastıq seçiminə xüsusi diqqət etsin. (milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin