Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri AÇIQLANDI

Hazırda oxunan: Quş qripi və Nyukasl xəstəliyi ilə bağlı müayinə nəticələri AÇIQLANDI

594795

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 12-16 yanvar tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqin nəticələri açıqlanıb.

Bizim.Media xəbər verir ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. 

Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb.
 

Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.


Vəhşi və ev quşlarından götürülən nümunələrin müayinəsi və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin