Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ FAKTLAR – FOTO

Hazırda oxunan: Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ FAKTLAR – FOTO

594793

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda yerləşən “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Şəhla Kamilova Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO


Daha sonra isə Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasında təhsil alıb.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan müəllimənin vəziyyəti hazırda orta-ağırdır.

Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin