Son üç gündə Şimal-Qərb rayonlarında qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə bölgənin yüksək dağlıq ərazilərində temperatur mənfi 5-7 dərəcə arasında dəyişib.
Ötən gün ərazilərdə yağışlı və qismən qarlı hava şəraiti müşahidə olunsa da, bu gecə əsasən yağmursuz hava ilə davam edib. Havanın buludlu və qismən çiskinli-dumanlı olması isə yollarda buz bağlamanın qarşısını alıb.
Havanın şaxtalı olması əsasən əkin sahələrində zərərvericilərin məhvinə səbəb olur ki, bu da gələcək məhsul üçün zəmin yaradır.
Qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyi bildirilir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu





























































































