Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

594768

Dünən Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə saat 12:30-da insident baş verib. 14 yaşlı uşağın sinif yoldaşı tərəfindən döyüldüyü iddia olunur. Xəsarət alan uşağın durumu ilə bağlı açıqlama verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Oxu.az”ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub:

"Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizim.Media-ya bildirib ki, Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin