Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Hazırda oxunan: Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

594767

C vitamini immun sisteminin güclənməsində mühüm rol oynayır. Əksər insanlar bu vitaminin əsas mənbəyi kimi kivini tanısa da, aparılan araşdırmalar göstərir ki, bəzi qidalar C vitamini baxımından onu xeyli geridə qoyur.

Bizim.Media bildirir ki, bir sıra meyvə və tərəvəzlər gündəlik C vitamini ehtiyacını daha yüksək səviyyədə qarşılaya bilir.

Bunlara qırmızı dolmalıq bibər, qara qarağat, acı bibər və kakadu gavalısı daxildir. Xüsusilə kakadu gavalısı dünyada ən yüksək C vitamini tərkibinə malik məhsul hesab olunur.

C vitamini suda həll olunan vitaminlər qrupuna aid olduğu üçün orqanizmdə toplanmır və mütəmadi şəkildə qida vasitəsilə qəbul edilməlidir. Bu vitamin kollagen sintezində iştirak edir, dəmirin mənimsənilməsini artırır və güclü antioksidant təsir göstərir. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin