Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

Hazırda oxunan: Sağlamlıq üçün təhlükəli imiş - Çoxunun evində var

594759

Daxili səthində cızıqlar olan keramika stəkanlardan istifadə sağlamlıq üçün risklidir.

Bizim.Media xəbər verir ki, xüsusilə bu cür stəkanlarda isti çay və ya qəhvə içmək ağır metallara məruz qalma ehtimalını artırır.
 

Qeyd olunur ki, keramika stəkanlar gildən hazırlanır və üzərindəki qoruyucu örtük zədələndikdə, tərkibində olan ağır metallar qida və içkilərə keçməyə başlayır.


Stəkanın iç səthində əmələ gələn xırda cızıqlar bu prosesi daha da sürətləndirir. İsti içkilər isə ağır metalların içkiyə keçmə riskini artıran əsas amillərdən biridir.

Məlumata görə, bir çox evdə hələ də cızılmış keramika stəkanlardan istifadə olunur. Halbuki bu cür qablar artıq mətbəxdə istifadə üçün uyğun hesab edilmir. (milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin