Mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda bəzən diqqətdən kənarda qalan bəzi əlamətlər ciddi və həyati təhlükə yaradan xəstəliklərin ilkin göstəricisi ola bilər.
Bizim.Media xəbər verir ki, xüsusilə izahsız qanaxma, bədəndə şişkinlik və nəfəs darlığı laqeyd yanaşılmamalı simptomlar sırasındadır.
Həkimlərin sözlərinə görə, bu əlamətlər təkbaşına və ya birlikdə müşahidə edildikdə dərhal tibbi müayinədən keçmək vacibdir.
Burun, diş əti, sidik və ya nəcisdə qan görülməsi, eləcə də tez-tez göyərmələrin yaranması qan xəstəlikləri, hormonal pozuntular və bəzi xərçəng növlərinin əlaməti ola bilər. Uzun müddət davam edən və səbəbi bilinməyən qanaxmalar xüsusilə təhlükəli hesab olunur.
Qarın, ayaq, üz və ya boyun nahiyəsində yaranan şişkinliklər ürək, böyrək, qaraciyər xəstəlikləri, allergik reaksiyalar və ya iltihabi proseslərlə əlaqəli ola bilər. Ani və ağrılı şişkinliklər isə təcili tibbi müdaxilə tələb edə bilər.
İstirahət zamanı və ya yüngül fiziki hərəkət zamanı yaranan nəfəs darlığı ürək-damar xəstəlikləri, ağciyər problemləri, astma, tromboz və hətta gizli infeksiyaların göstəricisi ola bilər.
Bu simptom qəfil yaranarsa, təcili yardım çağırmaq tövsiyə olunur.
Həkimlər vurğulayır ki, bu cür əlamətlərin öz-özünə keçəcəyini düşünərək vaxt itirmək ağır nəticələrə səbəb ola bilər. Erkən diaqnoz bir çox xəstəliklərin müalicəsində həlledici rol oynayır.
Sağlamlığınızda fərqli və davamlı dəyişiklik hiss etdikdə mütləq həkimə müraciət edin və özünüzü diaqnoz etməyə çalışmayın. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:24 / 06.02.2026
Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət
Hazırda oxunan: Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət
Hazırda oxunan: Bu əlamətlər ciddi xəstəliklərin xəbərçisidir - Diqqət
594743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































