TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

Hazırda oxunan: TƏCİLİ! "Karqo Şamil"in nümayəndəsi bina sakinini təhqir etdi

594638

Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakinləri "İdeal" MTK-nın idarəçiliyindən cana doyub. Təxminən 500 ailənin məskunlaşdığı 18 mərtəbəli binada vəziyyət kritik həddə çatıb. Sakinlər həm xidmətsizlikdən, həm də komendantın özbaşına tətbiq etdiyi "qaydalardan" narazıdırlar.

Bina sakini olan şikayətçi Arzu Qulamov Demokrat.az-a açıqlamasında bildirib ki, "İdeal MTK"nın icraçı direktoru Sahib Rüstəmov binada qanunsuzluqla məşğuldur.

Bizim.Media xəbər veir ki, “Demokrat.az” "İdeal MTK"nın icraçı direktoru Sahib Rüstəmovun mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb.

O bildirib ki, bu binada 400-500 nəfər yaşayır və iddiaları cəmi 2 nəfər irəli sürür:
 

“Həmin şəxslər məsələnin mahiyyətini başa düşmür. Bu qədər insan içində problem yalnız onlardadır. Şəxsən Arzu Qulamuvun psixoloji problemi var. Onun ailəsi də yoxdur, onu tərk ediblər. Buna görə də onun dediklərini ciddi qəbul etmək lazım deyil. Yeni tikili binaların öz qaydaları var və aylıq ödənişlərin edilməsi normaldır. Həmin şəxs artıq 4 ildir ödəniş etmir və bunu özü də etiraf edir. Bəs bu müddət ərzində zibilin daşınması, liftlərin təmiri və digər xərclər kimin üzərinə düşməlidir?


Mən özüm də bu binada yaşayıram, sakinəm. Yaxın vaxtlarda MMC yaratmağı da planlaşdırırıq. Mən ümumiyyətlə bu binanın komendantı deyiləm. Həmin şəxs gəlib məni öz otağımda təhqir edib, lakin mən ona qarşı heç bir təhqir işlətməmişəm. Mən o adama baş qoşmuram. O, burada yaşayan adam deyil. Çox çəkməz, onu Maştağaya aparacaqlar. Mən həmin şəxsi ciddi qəbul etmirəm və onu Şamil Heydərova şikayət etmək fikrim də yoxdur. Biz heç bir dövlət qurumu tərəfindən cərimə olunmamışıq. Bu binanın tarixində heç vaxt kimsənin qapısı döyülərək pul tələb olunmayıb”.
 

Qeyd edək ki, Bakıda “İdeal” MTK-nın sahibi, "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovun inşa etdirdiyi yaşayış binasında ciddi narazılıq yaşanır. Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 51 ünvanında yerləşən, “İdeal” MTK tərəfindən inşa edilən 18 mərtəbəli binada yaşayan təxminən 500 ailə qanunsuz pul yığımı, hesabatızlıq, park yerlərinin satılması və hədələnmə halları ilə üzləşdiklərini bildirirlər.


Sakinlərin iddiasına görə, bina komendantı aylıq ödənişləri heç bir rəsmi müqavilə olmadan toplayır, ödənişlər artırılır, narazılıq edənlər isə təzyiq və təhqirlərə məruz qalır. Mövcud vəziyyətlə bağlı polis və prokurorluğa dəfələrlə müraciət edildiyi, eləcə də foto və video sübutların olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin