Arvadından sonra qızı da işdən çıxarıldı

Hazırda oxunan: Arvadından sonra qızı da işdən çıxarıldı

594634

Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda Tiktokda canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.

Bizim.Media “Qaynarinfo.az”a istinadla xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.

Məlumata görə, atasının Tiktokda qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.

Digər bir maraqlı məqam isə odur ki, uzun illər Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən Habil Eyvazov işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur. O, ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir. Özü isə rəsmi olaraq Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy" şirkətində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin