Təhsil problemlərinin ardı-arası kəsilmədiyi bir vaxtda, Lənkəran kənd məktəbində hamının örnək götürə biləcəyi bir hadisə baş verib.
Bizim Media xəbər verir ki, Lənkəranın mərkəzindən 45 km uzaqlıqda yerləşən ucqar dağ kəndi Jididə müəllim işləyən Leyla xanımın hərəkəti hamını duyğulandırıb.
Leyla müəllimə şagirdləri üçün dərsdənkənar film günü təşkil edib.
Uşaqlar özləri sinfi dizayn edib, popkorn partladıb və müəllimlə birgə filmə baxıblar. Çöldə qarın tüğyan etməsinə baxmayaraq, müəllim sinifdə isti mühit yaratmağı bacarıb.
Leyla müəllimənin bu hərəkəti sosial media izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb. Ona çoxlu təşəkkür kommetləri gəlib.
Film günün video çəkilmiş gözəl anlarını sizə təqdim edirik:
Mia Quliyeva, Bizim.Media