""E-Sosial"portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb".
Bizim.Media xəbər verir ki, bu sözləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov bu gün keçirilən mətbuat konfransında qeyd edib.
"“e-Sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək portal üzərindən müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub. Həmçinin portalda süni intellekt əsaslı “iDOST" köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib. Hazırda portalda və mobil tətbiqdə istifadədə olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir"
Açıqlamada bildirilib ki, tətbiq daxilindəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media






































































































