Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, “By Fateh” restoranı meyxanaçı Aqşin Fatehə məxsusdur.






Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 05.02.2026
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – FOTO
Hazırda oxunan: Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – FOTO
Hazırda oxunan: Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – FOTO
594606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































