Azərbaycana ötən il nə qədər yeyinti məhsulları idxal olunub?

Hazırda oxunan: Azərbaycana ötən il nə qədər yeyinti məhsulları idxal olunub?

594602

2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 590 milyon 994 min ABŞ dollarına bərabər olub.

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara istinadən xəbər verir ki, ötən il yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 4.7% çoxdur.

Ötən il qida məhsullarının ümumi ölkə idxalında çəkisi 10.63% təşkil edib.

Hesabat dövründə ölkəyə 117 milyon 964 min ABŞ dolları dəyərində 47 641 ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 8.9%, həcm baxımından isə 18.8% azalıb.

Ötən il ölkəyə 32 milyon 208 min ABŞ dolları dəyərində ( 30% çox) 18 319 ton (18.4% çox) süd idxal olunub.

Ölkəyə həmçinin 172 milyon 637 min ABŞ dolları (0.6% az) dəyərində 24 917 ton (15.9% azalıb) kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin