Ümumdünya Şəhərsalma Forumu hansı formatda keçiriləcək? - Yalçın Rəfiyevdən AÇIQLAMA

Hazırda oxunan: Ümumdünya Şəhərsalma Forumu hansı formatda keçiriləcək? - Yalçın Rəfiyevdən AÇIQLAMA

594592

Bu ilin may ayında Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumuna hazırlıq prosesi həm təşkilati, həm də məzmun baxımından davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, sözügedən forum ilk dəfə olaraq Liderlər Sammiti formatında keçiriləcək və bu da tədbirin səviyyəsinin daha yüksək olmasını şərtləndirir. Onun sözlərinə görə, forum çərçivəsində plenar iclaslar, tematik sessiyalar, dialoqlar və müxtəlif formatlı müzakirələr təşkil olunacaq ki, bu da tədbirin mürəkkəb və çoxşaxəli xarakter daşıdığını göstərir.
 

Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan bu platforma vasitəsilə həm öz milli şəhərsalma təcrübəsini, xüsusilə də azad edilmiş ərazilərdə tətbiq olunan innovativ urbanizasiya modellərini beynəlxalq ictimaiyyətə təqdim etməyi, həm də müasir memarlıq və şəhərsalma məsələləri ətrafında qlobal müzakirə mühiti yaratmağı hədəfləyir.


O, “Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin əhəmiyyətinə də toxunaraq bildirib ki, bu platforma Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılıb və hərəkat üzvü olan ölkələrin gəncləri üçün mühüm imkanlar açır.

Nazir müavini vurğulayıb ki, müasir dünya sürətli transformasiya mərhələsindən keçir və belə bir şəraitdə gənclər artıq yalnız formalaşan siyasətlərin istehlakçısı deyil, onların formalaşmasına təsir göstərən mühüm ictimai seqment kimi çıxış edirlər.

Yalçın Rəfiyev gəncləri bu kimi platformalardan maksimum istifadə etməyə, öz fikirlərini açıq şəkildə bölüşməyə çağıraraq vurğulayıb ki, gənclərin səsləndirdiyi ideyalar gələcəkdə siyasətlərin formalaşdırılmasında diplomatlar üçün də mühüm töhfə mənbəyi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin