Bu dövlət qurumuna 27 milyondan çox MÜRACİƏT edilib

Hazırda oxunan: Bu dövlət qurumuna 27 milyondan çox MÜRACİƏT edilib

594589

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir.

Bu sözləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov bu gün keçirilən mətbuat konfransında qeyd edib.

"2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri e-Sosial portalından 17,2 milyon dəfə, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub. Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb".

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin