Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

Hazırda oxunan: Bu ərazidə qanunsuz tikili söküldü – VİDEO

594562

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin