Bu gün Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, fevralın 5-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhəri Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Məlumata görə, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:25 / 05.02.2026
Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...
Hazırda oxunan: Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...
Hazırda oxunan: Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: Saat 09:00-dan 12:00-dək...
594559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































