Bu saatlarda Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media əməkdaşının verdiyi məlumata görə BakuBus-un Hövsan-“28” may metrostansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.
Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.
Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Xəsarət alan yoxdur.





Alçina Amilqızı, Bizim.Media






























































































