Sabunçuda oğurluq edən şəxslər SAXLANILDILAR

Hazırda oxunan: Sabunçuda oğurluq edən şəxslər SAXLANILDILAR

594505

Paytaxtın Sabunçu rayonu ərazisində 1260 metr rabitə kabeli naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb.
 

Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin