Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

Hazırda oxunan: Qurtuluşda İŞGƏNCƏ FAKTI: DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO

594483

Ajans.az “Qurtuluş Reabilitasiya Mərkəzi”ndə narkotik asılılıqdan əziyyət çəkən şəxsə işgəncə verilməsi faktını özündə əks etdirən fotolar əldə edib.

Bizim.Media-nın məlumatına görə, fotolardan görünür ki, müalicə adı altında Reabilitasiya Mərkəzində saxlanılan şəxsin əlləri ayaqları skoçla bağlanıb.
 

Xatırlatmaq istəyirik ki, adı çəkilən mərkəzdə baş verən müəmmalı hadisələr, mərkəzin rəhbəri Ceyhun Salmanovun fəaliyyətində şübhəli məqamların olması və bu mərkəzdə ciddi yoxlama aparılmasının vacibliyini ilk dəfə Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibov 13 sentyabr 2025-ci ildə gündəmə gətirmiş, dəfələrlə hüquq-mühafizə orqanlarına çağırış etmişdi.


Qeyd edək ki, fotolarda hadisənin əks olunduğu faktlar Reabilitasiya Mərkəzinin Sumqayıt şəhərində yerləşən 1-ci korpusunda baş verib.

Araşdırmamız davam edir. Tükürpədici faktları sizə təqdim edəcəyik.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin