Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Rəsmi rəqəmlərə görə, 13 yaşadək olan uşaqlar üzrə hər 100 min nəfərə 7,1, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10,6 uşaq onkoloji xəstəliklərdən əziyyət çəkir.
Ümumiyyətlə, onkoloji xəstəliklərlə bağlı iddialardan biri də xəstəliyin irsi keçmədiyi və sonradan yaranmasıdır. Xəstəliyin son illərdə artdığı digər yaş qrupu isə yenidoğulmuşlardır.
Maraqlıdır ki, əgər onkoloji xəstəliklərin irsi keçmədiyi söylənirsə, o zaman yenidoğulan körpələrin bu xəstəliklə doğulmasının səbəbi nədir?
Onkoloq Asif Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, adətən ana bətnində yaranan xəstəliklər körpənin bu xəstəliklə doğulmasına səbəb olur:
“Bütün onkoloji xəstəliklər genetikdir. Onkoloji xəstələrin 5-10 faizə qədəri irsidir. Xərçəng genetik xəstəlikdir, amma hər genetik xəstəlik irsi deyil. Bu, incə nüansı çox adam qarışdırır. Yəni, hər genetik irsi keçmir. Bizim 46 xromosomumuz var, onlardan yalnız 2-si irsidir.
Qalan 44-ü isə samotik xromosomdur. Somatik xoromosomlarda baş verən genetik pozğunluqlar isə irsi keçmir. Yenidoğulanlarda şişlərin olması daha çox ana bətnində ananın keçirdiyi xəstəliklərdən daha çox qaynaqlanır. Ölkəmizdə yenidoğulanların onkoloji xəstəliklə doğulması isə ildən ilə artır”.
Naibə Məmmədova, Bizim.Media






























































































