“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi – FOTO

Hazırda oxunan: “Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Ağsuda tədbirlər keçirdi – FOTO

594467

Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Ağsu rayonunda polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub.

Bizim.Media xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eləcə də təhsil müəssisələrinin kollektivləri ilə maarifləndirici görüşlər keçirilib, internet resursları üzərindən törədilən cinayətlərlə bağlı onlara ətraflı məlumat verilib.
 

Həmçinin bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. İzah olunub ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını onlara göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.


Vətəndaşlarımızın kiber üsullarla törədilən cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin