Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - SİYAHI

Hazırda oxunan: Azərbaycanda bu sahələrə işçi tapmaq olmur - SİYAHI

594463

İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin "Əmək bazarı" bülleteninin 5-ci buraxılışında qeyd edilib.

Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7%), texniki ixtisaslar (15,8%) və mühasibatlıq və maliyyə (15,3%) yer alır.
 

Bundan əlavə, tikinti və fiziki işlər (9,5%) və ticarət sahəsi (9,5%) də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri (6,3%) və tibb sahəsi (5,4%) üzrə işçi çatışmazlığı da var.


Bülletendəki məlumatlara görə, son 1 il ərzində şirkətlərdə ən çox vakansiya texniki ixtisaslar (21,2%) üzrə elan edilib. Satış və marketinq sahəsi 17,1%, mühasibatlıq və maliyyə 13,5% təşkil edib.

Tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrinin hər biri üzrə göstərici 13,1% olub. Ticarət sahəsi üzrə vakansiyalar 10,4%, ofis və inzibati dəstək işləri üzrə 9,5% təşkil edib. Tibb sahəsi 7,2%, turizm və xidmət sektoru isə 6,8% səviyyəsində qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin