Marketlərdə kərə yağının qiyməti nə qədər artıb? - VİDEO

Hazırda oxunan: Marketlərdə kərə yağının qiyməti nə qədər artıb? - VİDEO

594462

Marketlərdə kərə yağın qiyməti xeyli artıb.

Satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb.

Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələr edilir və məhsul satışa çıxarılır.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hazırkı artım süni amillərin təsiri altında yaranıb. Çünki bir müddətdir ki, dünya bazarında kərə yağı və ümumilikdə süd məhsulları 1-2 faiz ucuzlaşıb.

Ekspert vurğulayıb ki, ötən ilin statistik göstəricilərinə əsasən, ölkəmizə 18 min 500 tondan çox kərə yağı idxal edilib və bu 2021-ci ilin göstəricilərindən 23 faiz çoxdur. Daxili istehsal isə 8 faiz azaldığından daxili bazardakı qiymətlər qlobal proseslərə həssasdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin