Rusiyadan gəlib arvadını evdən qovdu, qonşusunu bıçaqladı - Cinayətin təfərrüatı

Hazırda oxunan: Rusiyadan gəlib arvadını evdən qovdu, qonşusunu bıçaqladı - Cinayətin təfərrüatı

594455

Lənkəranda istirahət mərkəzinin sahibini bıçaqlamaqda təqsirləndirilən Bəhruz Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda müttəhimə hökm oxunub, o, 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il iyunun 29-da saat 7 radələrində Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində baş verib.
 

Lənkəranın Osaküçə kənd sakini, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov Rusiyadan qayıdandan sonra qonşusu, 1977-ci il təvəllüdlü Firad Həbibovun onun həyat yoldaşı ilə münasibətdə olduğunu eşidib.


O, həyat yoldaşını evdən qovub və F.Həbibovu qətlə yetirmək qərarına gəlib. İyunun 29-da səhər saatlarında B.Tahirov bazar ərazisinə gələrək, orada Firada bədəninin müxtəlif nahiyələrindən 4 zərbə endirib.

Faktla bağlı cinayət işi başlanılıb, B.Tahirov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, Firad Həbibov Lənkəranda "Pambayi" istirahət mərkəzinin rəhbəridir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin