Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

Hazırda oxunan: Bu il rezidentura imtahanları elektron formada olacaq – RƏSMİ

594446

Bu il rezidentura imtahanları elektron formada olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.

Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.

Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:

"2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin