Bakı Texniki Kollecindən tələbələrdən qiymətə görə pul tələb olunması iddialarına CAVAB - VİDEO

Hazırda oxunan: Bakı Texniki Kollecindən tələbələrdən qiymətə görə pul tələb olunması iddialarına CAVAB - VİDEO

594424

Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılıb.

İddianı yayan tələbənin sözlərinə görə, onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və logistika şöbə müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini tələb edir və onlardan pul tələb olunur:
 

"Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur. Pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə edir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə “şöbəyə gəlin” deyilir və nəticədə şöbədə o uşaqlardan pul istənilir", - deyə iddialarda qeyd olunub.


Mövzuyla bağlı Bakı Texniki Kolleci ilə əlaqə saxladıq. Kollecin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov Bizim.Media-ya açıqlamasında rüşvət iddialarını təkzib edib:

"Elə bir şey yoxdur. Tələbə də gəncdir, onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll oldu. Tələbənin valideyniylə də görüşdük. Tələbədir, qiyməti vaxtında öyrənə bilməyib. O da olan işdir".

Kollec rəsmisi bildirib ki, adıçəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsilə çıxarılıb.

“Bəs əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün işdən çıxır” sualımıza Cəlal Qardaşov belə cavab verib:

"Elçin Haqverdiyev tələbələrin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı".


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin