Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə XƏBƏRDARLIQ EDİLDİ

594410

Sumqayıt-Bakı istiqamətində hərəkət edən 500 nömrəli marşrut avtobuslardan birinin sürücüsü ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Bizim.Media xəbər verir ki, oxu.az-a danışan sərnişin bildirib ki, 16:45-də Sumqayıtdan yola çıxan avtobusu sürücü 16:51-də Nəriman Nərimanov küçəsi 40 ünvanındakı dayanacaqda saxlamayıb.

Şikayətçinin sözlərinə görə, nəticədə sərnişinlər 20 dəqiqəyə yaxın müddətdə soyuq havada gözləməli olublar.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sürücü əməlini etiraf edib və ona xəbərdarlıq olunub:

"Monitorinq Mərkəzinin apardığı araşdırma nəticəsində sürücünün Sumqayıt şəhəri, "Nizami" kinoteatrının qarşısında yerləşən dayanacaqda avtobusu saxlamaması faktı təsdiqini tapıb.
 

Sözügedən sürücü aidiyyəti struktur bölmə tərəfindən dəvət olunaraq izahatı alınıb və barəsində intizam tənbehi tədbiri görülərək xəbərdarlıq edilib. Eyni zamanda sürücü ilə marşrut üzrə dayanacaq qaydalarına daha diqqətlə riayət etməsi barədə profilaktik söhbət aparılıb.


Qeyd edirik ki, "BakuBus" MMC sərnişinlərdən daxil olan müraciət və şikayətləri hər zaman obyektiv şəkildə araşdırır və sərnişin məmnuniyyətinin təmin edilməsini prioritet kimi qəbul edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin