Şuşanın ən yaşlı sakini vəfat etdi - FOTO

Hazırda oxunan: Şuşanın ən yaşlı sakini vəfat etdi - FOTO

594282

Şuşa şəhərinin ən yaşlı sakini vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Şuşada yaşayan yazıçı-jurnalist Kərim Kərimli sosial şəbəkədə məlumat verib.

O bildirib ki, şəhərə qayıdaraq yenidən məskunlaşmış ən yaşlı sakin olan Əmir Teymur oğlu Quliyev Şuşada dünyasını dəyişib.

İşğaldan qabaq Şuşada avtobus sürücüsü işləyən Əmir Quliyev doğma şəhəri azad olunandan sonra geriyə qayıdan ilk sakinlərdən idi.

Ötən ilin iyulunda ailəsi Şuşada onun 90 illik yubileyini qeyd etmişdi.

Ə.Quliyev Şuşanın qədim və məşhur Mirzə Həsən qəbristanlığında dəfn olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin