Çin hakimiyyəti təhlükəsizlik səbəbi ilə gizli qapı tutacaqları olan avtomobillərin istehsalını qadağan edib.
Bizim.Media “TechCrunch” nəşrinə istinadən xəbər verir ki, yeni qaydalar Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin saytında dərc edilib.
Sənədə əsasən, avtomobil istehsalçıları nəqliyyat vasitələrini mexaniki qapı açma sistemləri ilə təchiz etməli olacaqlar. Beləliklə, ölkədə elektron idarə olunan və gizli qapı tutacaqları qadağan edilir. Qaydalar 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək.
Sənəddə göstərilir ki, arxa baqaj qapağı istisna olmaqla, hər bir nəqliyyat vasitəsinin qapısı mexaniki açılma sistemi ilə təchiz olunmalıdır. Bundan əlavə, nəqliyyat vasitələrinin içərisində açılma mexanizmi olmalıdır və bütün tutacaqlar - həm daxili, həm də xarici - aydın görünməli və qapılar aydın şəkildə işarələnməlidir.
Nəşrin məlumatına görə, Çin dünyada avtomobillərdə gizli tutacaqlar problemini həll edən ilk ölkə olub. Əvvəllər elektron qapı açma sistemlərinin qəzalar zamanı bir çox sürücünü avtomobillərində kilidli vəziyyətdə qoyduğu aşkar edilmişdi.
Qeyd edilib ki, gizli qapı tutacaqları təhlükəlidir, çünki qəzalar zamanı bu cür tutacaqlar tez-tez kilidə düşür. Bununla da avtomobilin açılmasına və yaralı sərnişinlərə kömək etməyə mane olur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:48 / 03.02.2026
Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA
Hazırda oxunan: Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA
Hazırda oxunan: Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA
594275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































