Eks-icra başçısının oğlundan Rumıniyada 40 villa alması xəbərlərinə REAKSİYA

Hazırda oxunan: Eks-icra başçısının oğlundan Rumıniyada 40 villa alması xəbərlərinə REAKSİYA

594268

Azərbaycanlı biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş icra başçısının oğlu Rumıniyada 40 villa aldı – FOTO


O bildirib ki, Rumıniyanın "Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən azərbaycanlı biznesmen Umid Abuzərli bildirib ki, iddialar əsassızdır.

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin