Azərbaycanda 4 min manata katibə, 5 min manata isə sürücü-kuryer axtarılır.
Bizim.Media “Ölkə.az”a istinadən xəbər verir ki, bu barədə məlumat elan saytlarında yerləşdirilib.
Belə ki, “Cars Global MMC” katibə (rəhbərlik köməkçisi) vakansiyası elan edib.
Katibə olmaq istəyən şəxslərdən ofis daxilində gündəlik işlərin koordinasiyası, rəhbərliyin verdiyi tapşırıqların vaxtında icrası, kompüterdə sərbəst işləmək, qonaqların qarşılanması və s. tələb olunur.
Mövcud vakansiya üçün 18–29 yaş aralığındakı orta təhsilli xanım namizədlər müraciət edə bilər.
Qeyd edilir ki, namizədlər, işgüzar, məsuliyyətli gülərüz, xoşgörüşlü və müasir düşüncəli olmalıdırlar.
İş saatlarının 09:30 – 18:30, olduğu, həftədə 1 gün istirahət verildiyi, ofisin paytaxtın Nərimanov rayonunda yerləşdiyi bildirilir. Stabil ofis mühitindəki iş üçün 4000 manat əməkhaqqı təklif edilir.
Digər vakansiya isə nəqliyyat və logisitika sahəsindədir.
Belə ki, şirkətlərdən biri Serbiyada (Belqrad və digər şəhərlər) 5 min manat qarşılığında çalışmaq istəyən azərbaycanlıları işə dəvət edir.
Qeyd olunur ki, kuryer (çatdırılma xidməti) ilə məşğul olacaq şəxslər “Glovo” və “Wolt”la əməkdaşlıq edəcək.
Bunun üçün namizədlərdən sürücülük vəsiqəsində A ,BC və ya A1 kateqoriyası olması, iş üçün istənilən nəqliyyat vasitəsindən (elektrikli velosiped, moped,motosiklet, avtomobil) istifadə etmək imkanı, məsuliyyətli və dəqiq olmaq tələb edilir.
Şirkətin işləmək istəyən şəxsləri iş üçün nəqliyyat vasitələri və evlə təmin edəcəyi, yeni kuryerlərə əvvəlcədən 2 günlük təlim keçiriləcəyi bildirilir.
Qeyd olunur ki, kuryerin idarə etdiyi nəqliyyat vasitəsinin növündən asılı olaraq aylıq təxminən 1500-3000 avroyadək qazanc və əlavə bonus əldə etmək olar.
İşə qəbul üçün xidmət haqqı isə 1800 avrodur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:26 / 03.02.2026
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer AXTARILIR
Hazırda oxunan: Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer AXTARILIR
Hazırda oxunan: Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer AXTARILIR
594225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































