Günel Gözəlova vəzifəsindən AYRILDI

Hazırda oxunan: Günel Gözəlova vəzifəsindən AYRILDI

594223

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən ayrılıb.

Bizim.Media “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. G.Gözəlova kollektivdən xoş arzularla ayrılıb, iş yoldaşları isə ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

G.Gözəlovanın media subyektləri ilə səmərəli əlaqələrin qurulması, konfederasiyanın fəaliyyəti ilə bağlı məlumatların hazırlanması və ictimaiyyətə çatdırılması sahəsindəki səyləri AHİK rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Buna görə də o, AHİK-də işlədiyi müddət ərzində iki dəfə təşəkkürnamə ilə təltif olunub.

Qeyd edək ki, tanınmış telejurnalist G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin