Media və sosial şəbəkələr bir neçə gündür ki, 67 yaşlı generalın evlənməsini sensasion hadisə kimi müzakirə edir. Söhbət Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Nazim Əliyevin özündən 34 yaş kiçik xanımla - 33 yaşlı Həcər Mirzəyeva ilə ailə qurmasından gedir.
Əslində isə Azərbaycanda 67 yaşlı vətəndaşın evlənməsi ilk hadisə deyil.
Bizim.Media xəbər verir ki, VVADQ idarələrində hər il bu cür nikahlar qeydə alınır. Sadəcə, 67 yaşlı general Nazim Əliyevin tanınmış şəxs olması bu evliliyi cəmiyyətin diqqət mərkəzində saxlayıb.
Bəs Azərbaycanda oxşar evliliklərin rəsmi statistikası nə deyir?
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ildə yaşı 60-ı ötmüş 840 kişi rəsmi nikaha girib.
459 kişi isə 55-59 yaşlarında evliliyini rəsmiləşdirib.
50-54 yaşında evlənən kişilərin sayı 634 nəfər olub.
Maraqlıdır ki, 2024-cü ildə 60 yaşdan sonra rəsmi nikaha girən kişilərdən 6-sı 30-34 yaşlı, 11-i isə 35-39 yaşlı xanımlarla evləniblər.
55-59 yaşlı 1 kişi isə özündən təxminən 40 yaş kiçik - 18-19 yaşlarında bir xanımla evlənib.
Digər maraqlı hal yaşı 60-dan yuxarı olan qadınların da ərə getməsilə bağlıdır.
Belə ki, 2024-cü ildə Azərbaycanda 358 qadın 60 yaşından sonra rəsmi nikaha girib. Onlardan 307-si öz həmyaşıdına ərə gedib.
60 yaşı ötmüş qadınlardan bəzilərinin özlərindən xeyli cavan kişiyə ərə getməsi isə əsl qeyri-adi hal sayıla bilər.
Belə ki, 2024-cü ildə yaşı 60-ı üstələyən 7 qadın 45-49 yaşlı kişilərə ərə gediblər. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 03.02.2026
Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi
Hazırda oxunan: Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi
Hazırda oxunan: Qeyri-adi nikahlar: Azərbaycanda 59 yaşlı kişi 19 yaşlı qızla evləndi
594210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































