Narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlanıb.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.
Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
X. Həmzəyev və K. Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərin əlbir olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:22 / 03.02.2026
Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri yolda belə tutuldu – ANBAAN VİDEO
594208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































