“Apple” şirkətinin 2027-ci ildə satışa çıxarmağı planlaşdırdığı smartfon yeni dizayna və şüşə korpusa malik olacaq.
Bizim.Media xəbər verir ki, CNet media saytının jurnalistləri daxili məlumatları təhlil edərək “Apple” şirkətinin qarşıdan gələn “iPhone 20” smartfonu haqqında bəzi məlumatları açıqlayıb.
Onların sözlərinə görə, yeni cihaz əsasən şüşədən hazırlanmış korpusa malik olacaq, dizaynı yenilənəcək və fiziki düymələr ləğv ediləcək.
Smartfonun əvvəlki modellərdən daha nazik və parlaq OLED panelə sahib olacağı gözlənilir.
“Face ID” biometrik sensoru, çox güman ki, ekranın altında yerləşdiriləcək. Yeni “iPhone 20” qurğusunda yüksəksürətli “Mobile High Bandwidth Memory RAM” yaddaşa malik prosessor yerləşdiriləcək. Həmçinin iddia olunur ki, “Apple” şirkətinin yubiley smartfonu 200 meqapiksellik kameraya malik olacaq.
Qeyd edək ki, yanvarın sonlarında “Counterpoint Research” mütəxəssisləri “iPhone 16” qurğusunu 2025-ci ilin ən çox satılan smartfonu adlandırıb. Eyni zamanda, şirkətin “iPhone 16 Pro Max”, “iPhone 16 Pro” və “iPhone 17 Pro Max” smartfonları da bu siyahıda ilk dördlüyə daxil olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:52 / 03.02.2026
“iPhone 20” smartfonunun korpusu şüşədən olacaq
Hazırda oxunan: “iPhone 20” smartfonunun korpusu şüşədən olacaq
Hazırda oxunan: “iPhone 20” smartfonunun korpusu şüşədən olacaq
594201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































