Baş nazirdən yeni QƏRAR

Hazırda oxunan: Baş nazirdən yeni QƏRAR

594198

Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bildirilib ki, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir.

Vurğulanır ki, xüsusi icra məmurunun və onun köməkçisinin nişanları geyim formasının sol döş hissəsinə asılmalıdır.

Qərara əsasən təsvirlər dövlət icra məmurlarına şamil edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin