Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Gəncədə 25 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

594176

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Gəncə şəhər prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin