Bu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9112 müraciət daxil olub.
Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Miqrasiya Xidməti Azərbaycanda yaşayan əcnəbilərə müraciət etdi
Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 14933 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bundan başqa, Azərbaycanda miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 877 qərar qəbul edilib.
Bizim.Media