Xəbər verdiyimiz ki, bu gün gündüz saatlarında Şabran rayonunun Ağalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Gəndab-Yalama yolunun 6-cı kilometrliyindəki qəzaya Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili səbəb olub.
Dağıstan Respublikasının Kayakent rayon sakini, 22 yaşlı Abduljalil Azizov idarə etdiyi "Volvo" markalı yük avtomobili ilə Rusiya sərhədi istiqamətinə gedərkən qarşı tərəfdən gələn Şabran rayonunun Gəndab kənd sakini, 62 yaşlı Zəbişah Əfəndiyevin idarə etdiyi "VAZ 2106", Xaçmaz rayonunun Molla Bürhan kənd sakini, 37 yaşlı Cəbrayıl Paşayevin idarə etdiyi "Opel”, Xaçmaz şəhər sakini, 35 yaşlı Tural Nuriyevin idarə etdiyi "VAZ 21440" markalı avtomobillərlə toqquşub və sonra aşıb.
MÖVZU İLƏ BAĞLI:
Şabran qəzasında ölənlərin sayı 2-yə çatdı – Hadisə yerindən FOTOLAR
Nəticədə "VAZ 2106"-da olan sərnişin - 8 yaşlı Şabran sakini Həqiqət Quliyeva və "VAZ 21440"-da olan sərnişin, 62 yaşlı Əli Babayev vəfat ediblər.
Qəzada yaralanan 4 nəfər isə müxtəlif xəsarətlərlə Xaçmaz və Şabran mərkəzi xəstəxanalarına yerləşdiriliblər.
Aytəkin Alxaslı, Bizim.Media