Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Hazırda oxunan: Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

594145

Bina köhnə, pilləkənlər yarasız... Hətta, cənazə aparılarkən pilləkan qırılıb, insanlar çətin vəziyyətlə üzləşib...

Bizim.Media xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, oktyabr küçəsində yaşayan sakinlər bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.

Onların sözlərinə görə, məskunlaşdıqları bina köhnə olduğundan təhlükə altında yaşayırlar.
Hətta bir neçə gün öncə qonşuluqdakı evdən cənazə aparılarkən pilləkən qırılıb, sakinlər yıxılıb.
 

Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.


Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin