Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Hazırda oxunan: Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

594137

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.

Bizim.Media xəbər verir ki, Ali Məclisinin bu gün keçirilən sessiyasında Ali Məclis komitələrinin yeni sədrləri və üzvləri seçilib.

Əliyev Əjdər Zahid oğlu Hüquq siyasəti komitəsinin, Bayramov Mübariz Rəcəb oğlu İqtisadi siyasət komitəsinin, Canməmmədov Canməmməd Ramiz oğlu Humanitar siyasət komitəsinin, Quliyeva Zeynəb Kərim qızı isə Sosial siyasət komitəsinin sədri seçiliblər.
 

Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin tərkibinin yenidən formalaşdırılması zərurəti yaranıb.


Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin